15.05.2012

QAPI

 GÜNEL ŞAMİLQIZI

Bu  qapının  o  üzündə  kimlər  var?
Kimlər  silir  kimlərin  göz  yaşını?
Bu  qapının  bu  üzündə  illər  var
Qapı  artıq  unudub  öz  yaşını.

Dəstəyindən  tutan  əllər  boşalıb,
Qarşısında  gücsüzləşib  igidlər.
Çox  ömürdən  bahar  alıb, qış  alıb
Qıfılında  paslanıbdır  ümidlər.


İllər  döyür  bizi  qarla  yağışla
Dayanmışıq, tərs  istəklər  çox  imiş.
Cibim, səni  çox  incitdim  bağışla,
Bu  qapının  açarı  da  yox  imiş.

Qov  anları, saatları  gün  elə.
Bəlkə, qapı  bu  halından  yoruldu.
İlahi, sən  bir  əl  də  ver  Günelə
Bu  qapını  bəlkə  açan  o  oldu.

Комментариев нет:

Отправить комментарий